Ukraynaya gedən gəmi Türkiyə sahillərində batıb.
BUTA.TV xəbər verir ki, bu barədə Antalya vilayətinin qubernatoru Ersin Yazıçı məlumat verib.
Məlumata görə, gəmidə ümumilikdə 14 ekipaj üzvü olub. Onlardan 5-i artıq xilas edilib.
Türkiyə Sahil Mühafizəsinin açıqlamasında bildirilib ki, Qvineya-Bisau bayraqlı gəmi aprelin 5-də yerli vaxtla saat 03:47-də Kumluca şəhəri sahillərində İskəndərun-İzmail marşrutu üzrə hərəkətdə olarkən batıb.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter və sahil mühafizəsinin bir təyyarəsi cəlb olunub.
Hadisə ilə bağlı Kumluca Baş Prokurorluğunda araşdırmalara başlanılıb.
- Xocavəndin minalanmış ərazisində yanğın başladı
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
- Azərbaycanda Feysbuk çökdü
- Raket zərbələri nəticəsində Ukraynadakı səfirliyimizə ziyan dəydi - Fotolar - Yenilənib
- Bu rayonlara yağış yağdı – Faktiki hava
- Yağış, külək, ildırım... – FHN xəbərdarlıq etdi
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi