Xankəndinin Azərbaycana təhvil verilməsi prosesi gedir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndinə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini prosesin başlanğıcı adlandırıb.
“Artıq Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşaiyəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də, Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - nəşr yazır.
Məqalədə bildirilir ki, Qarabağdakı ermənilər Xankəndi küçələrində Azərbaycan nömrəli avtomobilləri görməyə “öyrəşdirilir”: “İstisna deyil ki, bu, inteqrasiya prosesinin bir hissəsidir: mərhələ-mərhələ, addım addım irəliləyirlər”.
- Bakıda çoxmərtəbəli binada yanğın qəsdən törədilibmiş - 47 yaşlı kişi saxlanıldı - Video
- Bakıda 80 milyonluq ev: hansı məşhur alıb? - VİDEO
- 15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
- Ukrayna OZON-un obyektlərini yenə vurdu
- Budanov Rusiya ilə gizli danışıq aparır?
- Bu, Rusiya üçün ölümcül olacaq!
- Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
- Tramp Ukraynanı yolundan döndərdi: Yeni strategiya...