Türkiyəli məşhur müğənni Serdar Ortac sosial şəbəkədə canlı yayım zamanı azərbaycanlı meyxanaçı Pərviz Bülbüləni dinləyərək məst olub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, o, Pərviz Bülbülənin toy mərasimindəki çıxışını heyranlıqla izləyib, onun söylədiyi "Günah məndə deyil, gözlərindədir" şeirini videoyazı ilə sinxron şəkildə oxuyaraq, sonda çox gözəl olduğunu bildirib. Qeyd edək ki, Sərdar Ortac dəfələrlə canlı yayımlarda Azərbaycanı çox sevdiyini və köçüb bu ölkədə yaşamaq istədiyini deyib. O tez-tez sosial şəbəkədə canlı yayımlarda azərbaycanlı müğənnilərin ifalarını dinləyir və bu mahnıları repertuarına daxil edir.
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi
- AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
- Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı