Milyardlarla dollarlıq "Cash App” texnologiya şirkətinin qurucusu Bob Li ABŞ-nin San-Fransisko şəhərinin mərkəzində bıçaqlanaraq öldürülüb.
Polis 43 yaşlı Bob Lini yaralı halda tapıb. O, xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
San-Fransisko Polis Departamenti Linin boş bir küçədə hərəkət etdiyini və kömək axtardığını əks etdirən CCTV görüntülərini araşdırıb. Görüntülərdə Li büdrəyə-büdrəyə parklanmış avtomobilə doğru gedir və yarasını göstərmək üçün köynəyini qaldırır. Lakin avtomobil hərəkət edir və Li yerə yıxılır. Daha sonra Li sinəsində iki bıçaq yarası ilə yerdə huşsuz vəziyyətdə tapılıb.
Qeyd edək ki, "Forbes”a görə, "Cash App” kartdan-karta pul köçürmələrinə imkan verən, smartfon əsaslı ödəniş tətbiq proqramıdır və hazırda 40 milyard dollar dəyərində qiymətləndirilir.
2013-cü ildə istifadəyə verildiyi vaxtdan proqramın istifadəçi bazası sürətlə artıb və 2017-ci ildə aylıq yeddi milyon aktiv istifadəçiyə çatıb, 2020-ci ildə bu rəqəm 30 milyon təşkil edib.
Linin ölümü Kaliforniya ştatında şiddət tərkibli cinayətlərlə bağlı yenidən tənqidi müzakirələrə səbəb olub.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı