Dünən saat 15:45-də Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.
“BUTA” xəbər verir ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “Kamaz” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu da aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Qəza nəticəsində 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı isə hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər - Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu isə xəsarət alıblar. Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, qəzada həlak olanlar tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləridir. Dilarə Bağırova onun anası, 3 yaşlı Bayxan isə oğludur.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 nəfərin ölümünə səbəb olan “Kamaz”ın 22 yaşlı sürücüsü Əli Dadaşov Vətən müharibəsi qazisidir.
O, müharibədə iştirakına görə “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif edilib. Müharibədən qayıtdıqdan sonra Ə.Dadaşov “Kamaz” markalı yük avtomobili icarəyə götürərək mişar daşı alverinə və daşınmasına başlayıb. O, icarə əsasında idarə etdiyi avtomobilin ön hissəsinə “Veteran” və digər sözləri yapışdırıb.
O da məlum olub ki, hadisə vaxtı Neftçaladan Bakıya gələn “Hyundai Accent”in sürücüsü Elxan Hüseynov maşında nasazlıq olduğunu düşünərək nəqliyyat vasitəsini Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində yolun sağına çəkərək saxlayıb. Bu zaman arxadan sürətlə hərəkət edən Əli Dadaşovun sürdüyü “Kamaz” arxadan onlara çırpılıb.
Bildirilir ki, qəzaya düşən “Hyundai Accent”də olan şəxslər Neftçalanın Bankə qəsəbəsindən Bakıya yas mərasiminə gəlirmiş. Belə ki, avtomobildə olan sərnişinlərdən Mirsəkinə Muradovanın qardaşı vəfat edibmiş və qohumlar paytaxta yas mərasiminə yola düşüblər. Qəza da həmin vaxt baş verib.
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video