“Hakim deyir, Səbinə, sənə cəza kəsməliyəm, adam vurmusan...” - Səbinə Kətanova - VİDEO

21:51 - 7 Aprel 2023 - HADİSƏ

 “Hakim deyir, Səbinə, sənə cəza kəsməliyəm, adam vurmusan...” - Səbinə Kətanova - VİDEO

“Özünü avtomobilimin altına atan şəxs zədə almayıb, amma 5 saylı Şəhər Klinik Xəstəxanasında saxta rəy alıb. Həkim zədə olmaya-olmaya necə rəy verib? Guya qolu çıxıb... “Bazar açıblar”... Saxta rəy almağa nə var ki?! Bu, kiminsə evini yıxmaqdır!”

BUTA.TV-nin xəbərinə görə, bunu piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanova bildirib.

“Zədə aldığı iddia olunan şəxs məhkəmədə bildirdi ki, şikayətçi deyil. Zədəni saxta yazdırsa da, idman zalında baş verdiyi deyir. Hakim isə deyir, Səbinə, sənə cəza kəsməliyəm,adam vurmusan. Allah bir gün hamısının əvəzini çıxacaq sizdən. Allah mənim işimi çətinliyə salanların bəlasını versin, bütün sürücülərimizi mərdimazardan qorusun”, - S.Kətanova qeyd edib.

Qeyd: Bakı Apellyasiya Məhkəməsi piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən “Verona” mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.

S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Xatırlatma: Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol