Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Sabunçu Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
- Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında
- Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt
- Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
- Putin qəsdən görüş üçün bu şəhəri seçdi
- Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu
- Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü
- Zakir Həsənov Özbəkistana getdi, generalla görüşdü
- İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…