Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəkləyirik.
BUTA.TV xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Joli bildiribş
Belə ki, Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians - NAC) İdarə Heyətinin üzvlərini qəbul edib. Görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetlərindən söz açılıb.
Eləcə də Azərbaycan-Ermənistan arasında münasibətlər və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti müzakirə edilib.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığı, bu ərazilərdəki əhalinin qovulduğu və azərbaycanlıların yaşadığı bütün yaşayış məntəqələrinin dağıdıldığını nazirin diqqətinə çatdırıblar.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bölgədə yeni reallıqların yarandığı qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası və eləcə də Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsi nazirin diqqətinə çatdırılıb.
NAC-in təşəbbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib.
M.Joli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı oldğunu qeyd edib. O bildirib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının himayəsi altında aparılan sülh danışıqlarının tezliklə uğurla başa çatacağına ümid edir və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO