“Putinin qızılı saçlı casusu” hər şeyi alt-üst etdi – Məşhur mif dağıldı

10:05 - 13 Aprel 2023 - DÜNYA

 “Putinin qızılı saçlı casusu” hər şeyi alt-üst etdi – Məşhur mif dağıldı

“Rusiyanın Ukraynaya qarşı müharibəsi rus ordusunun gücü ilə bağlı bir neçə mifi darmadağın edib”.

BUTA.TV xəbər verir ki, bunu israilli hərbi ekspert David Şarp deyib.

“Müharibə “dünyanın ikinci ordusu” haqda mifi məhv etdi. Rusiya kəşfiyyatının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-la (İsrail) bərabər gücdə olması barədə mif vardı. İndiyədək müxtəlif ölkələrdən diplomatların dəstə-dəstə qovulduqlarını nəzərə alsaq, Rusiya kəşfiyyatı nə qədər güclüdür? Həm Rusiya ordusunun, həm də kəşfiyyatının dünyada “ikinci” olması haqda mif bu məsələləri bilməyənlər arasında yayılıb. Böyük müharibədən əvvəl də bunu təsdiq edən bir çox amillər vardı”, - ekspert bildirib.

Şarpın sözlərinə görə, Rusiya kəşfiyyatı ötən əsrin 30-cu illərində ilişib qalıb, həmişə peşəkarlığın aşağı səviyyəsi ilə seçilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

“Kəşfiyyatdan danışırıqsa, Anna Çapman məsələsinə baxın. Yayımlanan telefon dinləmələri, onların nə danışdıqları, nə etdikləri peşəkarlığın aşağı səviyyəsini, diletantlığı və az qala 30-50-ci illərdə ilişib qalmalarını göstərir. Bu, hələ o zaman məni heyrətləndirmişdi”, - Şarp əlavə edib.

İsrailli ekspert vurğulayıb ki, Rusiya ordusunun da deyiləndən daha zəif olduğu üzə çıxıb. Amma onun fikrincə, ruslara yuxarıdan aşağı baxmaq doğru deyil.

“Məsələn, kompüterlərin sındırılması və haker hücumları baxımından Rusiya kəşfiyyat kəşfiyyat ictimaiyyətində çox ciddi təhlükə hesab olunur. Səfirliklərə sızmalar Qərbi Avropa ölkələrində Rusiya kəşfiyyatının işinin mühüm tərkib hissələrindən biridir. İndi bu şəxslərin qovulması, digər tərəfdən də qovulmayanlara nəzarət artırılıb”, - o qeyd edib.

Şarp vurğulayıb ki, indi bir çox ölkələr əvvəllər göz yumduqları faktlara dözməyə hazır deyillər: “Üstəlik, Rusiyaya qarşı əvvəlkindən daha ayıqdırlar. Bütün bunlar Rusiya kəşfiyyatının imkanlarına kifayət qədər ciddi ziyan vurur”.

“Putinin qızılı saçlı casusu” adlı Anna Çapman 2010-cu ilin iyulunda ABŞ-dan qovulan və Qərb üçün işləyən 4 rusiyalı ilə dəyişdirilən 10 rus casusundan biri idi. Ölkəsinə qayıtdıqdan sonra alt paltarı modeli kimi fəaliyyətə başlayan Çapman bundan sonra sosial şəbəkələrdə Vladimir Putinə dəstək paylaşımları ilə də diqqət çəkməyə başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol