Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.
Dövlət başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.
- İranda böyük qaz yatağı kəşf edildi
- Yaponiyada növbəti güclü zəlzələ...
- 1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlər açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak etdilər - Foto+Video
- Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO
- İran Fransanın iki diplomatını ölkədən çıxardı
- ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
- Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq