Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb.
Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
- Prokuror Ceyhun Salmanova 4 il iş istədi
- Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
- Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
- Müasir rəqəmsal inkişaf quruculuğuna böyük töhfə
- Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb?
- Azərbaycana qar yağdı
- Xarkovda ölən Fatimə diplomunu götürməyə gedibmiş...
- Nazir polkovnik-leytenantı ehtiyata buraxdı - Foto