Bərdədə 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qazıqurdalı kəndi ərazisində qeydə alınıb.
Yüskək sürətlə hərəkətdə olan VAZ 2107 markalı avtomobilin sürücüsü Ərəstun Həsən oğlu Mehdiyev idarəetməni itirərək hərəkətdə olan VAZ 2109 və NİVA markalı minik avtomobillərinə daha sonra isə yol kənarında dayanmış vəziyyətdə olan “Mersedes Atego” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 5 nəfər - 13 yaşlı Həsən Ərəstun oğlu Mehdiyev, 17 yaşlı Fidan Zöhrab qızı Teymurova, 56 yaşlı Elşən Xəlil oğlu Vəliyev, 37 yaşlı Fariz Altay oğlu Qasımov, 43 yaşlı Şamxal Vaqif oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Təcili Tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Moldova baş naziri İstanbul boğazını üzərək keçdi - Foto
- Ukrayna Rusiyanın iki qırıcısını məhv etdi
- Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - Fotolar
- Prezidentlər təltif edildi - Fotolar
- “Starlink” böhranı: Zelenski müzakirəyə Makronu da qatdı
- Rusiyada bunlar var, amma benzin yoxdur - Novak
- Britaniya Rusiya gəmilərini bu cür aşkarlayacaq
- Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu - Fotolar - Video