Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb. Bununla bağlı artıq cinayət işi açılıb.Bəs, qəbirlər bərpa ediləcəkmi?
Sabunçu rayon İcra Hakimiyyətindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə videogörüntüləri paylaşan vətəndaşla əlaqə saxlanılıb.
“Həmin şəxsə bildirdik ki, sözügedən məsələ ilə bağlı İH-yə rəsmi müraciət edilməlidir. Yalnız bundan sonra, əgər həmin ərazi Sabunçu rayon İcra Hakimiyyətinin məsuliyyətindədirsə, tədbirlər görülə bilər. Təcrübədə belə bir hadisə ilə ilk dəfədir rastlaşırıq. Ona görə yalnız araşdırmalardan sonra qərar veriləcək”, - İH-dən qeyd edilib.
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?