Ermənistanla Azərbaycan arasında gərginliyin qarşısının alınması və münasibətlərin normallaşdırılması ABŞ dövlət katibi Entoni Blinken üçün vacibdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib.
O xatırladıb ki, ABŞ dövlət katibinin bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanı olub.
“Bu bizim ciddi şəkildə məşğul olduğumuz məsələdir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bununla məşğul olur”, - V.Patel qeyd edib.
O, ABŞ tərəfinin vasitəçiliyi ilə iki ölkənin nazirlər səviyyəsində yeni görüşünün təşkil edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən isə bununla bağlı tarix açıqlamayacağını deyib.
Lakin tezliklə daha çox məlumat paylaşa biləcəyinə əmin olduğunu vurğulayıb.
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa
- Rus ordusu bu şəhəri işğal etdi
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident