Rusiya bu istiqamətdə müdafiəyə hazırlaşır - Ekspert

16:28 - 21 Aprel 2023 - GÜNDƏM

 Rusiya bu istiqamətdə müdafiəyə hazırlaşır - Ekspert

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində müdafiəyə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Mixail Samus deyib.

“Düşünürəm ki, Rusiya hələ də müdafiə əməliyyatlarına hazırlaşır. Ancaq strateji müdafiə üçün yox, çünki Putin belə bir planı təsdiqləməyəcək. Rusiya müdafiə əməliyyatlarına hazırlıq tədbirləri haqqında sərəncam hazırlayıb-hazırlamadığını bilmirəm. Aydındır ki, onlar Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində dərindən müdafiə yaratmağa çalışırlar”, - hərbi ekspert bildirib.

O, Rusiyanın gizli səfərbərlik tədbirlərini davam etdirəcəyini də qeyd edib: “Onlara çoxlu hərbçi lazımdır. Çünki cəbhə xətti böyükdür”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol