Şamaxıda bərabərlik, "Qarabağ" "Zirə"yə qarşı

18:38 - 21 Aprel 2023 - GÜNDƏM

 Şamaxıda bərabərlik,

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

BUTA.TV xəbər verir ki, açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.

Bu heç-heçədən sonra xallarını 29-a çatdıran "Kəpəz" 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Şamaxı" isə 9-cu sırada qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, XXXI turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol