Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadiyyatın real sektorlarını və ölkənin özəl biznesini dəstəkləmək üçün 2022-2023-cü illər üçün Ukraynaya 3 milyard avroya qədər yardım göstərməklə bağlı əvvəlki vədini yerinə yetirmək əzmində olduğunu təsdiqləyib.
BUTA.TV xəbər verir ki, təşkilatın rəhbəri Odil Reno-Basso bu barədə Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə məlumat verib.
"Biz gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi saxlamaq və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Bura investisiya və islahat gündəliyinə davamlı dəstək daxildir", - Basso bildirib.
Bank Ukraynaya beş əsas yardım istiqaməti müəyyən edib. Bunlar enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, əsas infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinə likvidliyin təmin edilməsidir.
Qeyd edək ki, ötən il bank Ukraynaya 1,7 milyard avro ayırıb, həmçinin tərəfdaş maliyyə institutlarından daha 200 milyon avro cəlb edib.
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa
- Rus ordusu bu şəhəri işğal etdi
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident