Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun “Twitch”, “Telegram” və “Kick” platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə daxil edilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, qara siyahıya Yeqor Kred, Andrey Burim, Nikolay Lebedev, Yuri Xovanski və başqaları da salınıb.
Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina cümə günü bildirib ki, Roskomnadzor həmçinin adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı tələb edib.
Mizulinanın sözlərinə görə, hazırda Federal Vergi Xidməti də “vergi qanunlarının pozulması əlamətləri” ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa
- Rus ordusu bu şəhəri işğal etdi
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident