Hər il olduğu kimi, bu il Ramazan bayramının tarixi ilə bağlı mübahisələr yaranıb. İrandan verilən fətvada deyilir ki, Ay görünmədiyi üçün bayram aprelin 22-si olacaq. Qafqaz Müsəlmanları İdarəsi isə artıq bu haqda fətva verib. QMİ-dən bildirilib ki, bayram bu gün – aprelin 21-dir.
BUTA.TV xəbər verir ki, bu mövzuda sosial şəbəkələrdə və mediada fikir dartışmasına şahid olmaq mümkündür. Müzakirələrə tanınmış din xadimləri də qoşulur.
Mövzu ilə bağlı Globalinfo.az keçmiş meyxanaçı Elşən Xəzərin fikirlərini öyrənib.
O, ölkədə bu gün və sabah bayram olduğunu bildirib:
“Allah hər kəsin orucunu qəbul etsin. Bəzən insanlar bilmədikləri şeylərə müdaxilə edirlər. Axı ölkədə fətvanı mən vermirəm. Ay görünürsə, necə oruc tutum? Yaxud görünmürsə necə tutmayım? Qafqaz Müsəlmanları İdarəsi fətva verdi ki, ölkədə bu gün və sabah bayramdır. Mən kimsəyə deyə bilmərəm ki, bu gün oruc tut və ya tutma. Bayramınız mübarək!”
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər