Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə BUTA.TV-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.
- İranın mövqeyi bununla dəyişməyəcək - Vitse-prezident
- Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
- Belə alçaqlar bağışlana bilməz - Medvedyev
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü