"Altılı masa"nın ilk toplantısını ötən il fevralın 12-də, son toplantısını isə cari ilin 6 martında oldu - yəni 12 ay 21 gün sonra. 387 gündə 13 iclas keçirərək, güc-bəla ilə bir namizəd ortaya çıxara bildilər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı "Altılı masa" barədə danışarkən deyib.
MHP başqanı bildirib ki, "Altılı masa" PKK, Qəndil, Avropa və imperialist güclərin dəstəyi ilə Türkiyədə sistemin dəyişməsini arzulayaraq, televiziya kanallarından amansızcasına istifadə ediblər:
"Hər şeyi yalanla, böhtanla istismar etməyə yönəldilər. Daha sonra Türkiyənin idarəçiliyinə can atmağa çalışdılar. 13 dəfə yığışacaqsan, 387 gün masada istədiyini yeyəcəksən, saatlarla o masada məclislər keçirəcəksən, sonra camaatın qarşısına çıxıb yalan metodlarından istifadə edəcəksən..."
Baxçalı böyük fədakarlıqlar edən Rəcəb Tayyib Ərdoğanın seçkilərdə böyük fərqlə qalib gəlməli olduğunu vurğulayıb.
Bununla bərabər, o qeyd edib ki, 14 may seçkisi – ikibaşlı Səlcuqlu qartalına bənzəyir:
“Məclisdə hər cür reformları davam etdirmək üçün say çoxluğu da olmalıdır. 14 may – ikibaşlı Səlcuqlu qartalına bənzər: biri cümhurbaşqanı, digəri TBMM”.
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
- Belə alçaqlar bağışlana bilməz - Medvedyev
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü