Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin casusu Əfqanıstanda terrorçuların düşərgəsindəki tapşırıqdan qayıtdıqdan sonra uşağını öldürüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” kəşfiyyat məlumatlarına istinadla xəbər verirb.
Məlumata görə, Mİ6 casusu Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Vəziristan əyalətinə tapşırığa göndərib. Onun tapşırığı Əl Qaidə terorçularının yerləşdiyi kəndə sızmaq olub.
Bildirilib ki, düşərgədə olduğu müddətdə o, talibançıların cəsədlərini yuyub basdırmağa məcbur edilib, ABŞ-ın xeyrinə casusluqda ittiham olunan bütöv bir ailənin başının kəsilməsinin şahidi olub, həmçinin əlində kəsilmiş uşaq başı saxlayıb.
Böyük Britaniyaya qayıtdıqdan sonra casus həddindən artıq stress vəziyyətində olub. O, çətinliklə danışır, heç bir səbəb olmadan qəzəblənir və xatirələrdən əziyyət çəkirdi.
Hazırda casus psixiatriya mərkəzində saxlanılır.
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
- Belə alçaqlar bağışlana bilməz - Medvedyev
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü