Xəbər verdiyimiz kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
BUTA.TV xəbər verir ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra ermənilər sərhədimizin girişindən video paylaşıblar. Paylaşımda sərhədçilərimizin yolda keçid məntəqəsi aydın görünür.
- Yük gəmisi Benqal körfəzində batdı
- Bununla Ermənistanla münasibətlərimizi korlayırlar - Zaxarova
- Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
- Belə alçaqlar bağışlana bilməz - Medvedyev
- Bu ölkədə güclü zəlzələ oldu
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü