Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır.
Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq.
Lakin düşmən müharibədən sonra da bu, biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib. Oxu.Az-ın əldə etdiyi video görüntülər Azərbaycan Müdafiə Nazirliyinin məlumatını haqlı çıxarır.
Video görüntülər Ermənistan ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlığı qeydə alıb. Görüntülərdən erməni əsgərləri arasında mühabisənin düşdüyü görünür. Əl-qol hərəkətləri ilə bir-birini itələyən iki əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərindən birini başını götürərək oradan uzaqlaşır. Ermənistan ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı