Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edildi

12:32 - 8 May 2023 - GÜNDƏM

 Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV xəbər verir ki, sərəncama əsasən, Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol