Alimlərin apardıqları yeni tədqiqatlar Yerin orbitində NASA-nın, habelə Rusiya və Çinin peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının parçalarını “saatlı bomba” adlandırıb.
BUTA.TV xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “LeoLabs” texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb.
Ekspertlər qeyd ediblər ki, artıq 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları artıq orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran “LeoLabs”ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-a məxsusdur. Belə ki, ABŞ-ın kosmosda 8 min 497 tullantısı var. Sonrakı yerlərdə Rusiya və Çin gəlir. Bu ölkələrin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...
- Bununla bağlı Türkiyədən cavab gözləyirik - Rusiya
- Nigeriyada qayıq aşdı: 40 nəfər öldü
- Kiyevdə ticarət mərkəzinə PUA düşdü
- İrandan Trampa cavab: Mütləq cəzalanacaq!