İranda daxili orqanlarını satanların sayı artıb. Yoxsulluq səbəbindən insanlar bu addımı atmağa məcbur qalır. Bu alış-verişlər yasaqdır. Lakin bir qrup mafiya klinikaları gizli şəkildə belə işləri görürlər.
Bu sözləri BUTA.TV-a güneyli həkim Behzad Ağdamlı İranda orqan satışı ilə bağlı artan elanlardan danışarkən deyib.
O, bu cür elanların sayının artmasını “narahatlıq doğuran məsələ” kimi dəyərləndirib:
“İnsanlar maddi çətinlikdən qurtulmaq yolunu bədən üzvlərini satmaqda görür. Onlar birbaşa bu klinikalara müraciət edə bilmirlər deyə, divarlara elan yapışdırmaqla öz istəklərini çatdırırlar. Orqanını satanlarla klinikada işləyən xüsusi insanlar, yaxud da orqan almaq istəyən şəxslər əlaqə yaradır. Qiyməti razılaşdırıb, həmin klinikalarda əməliyyat edirlər”.
Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
Onun sözlərinə görə, ürəyini satmaq istəyən elan sahibləri belə var:
“Bu elanların sayı gündən-günə artır. Azı yüzünü özüm görmüşəm. Hətta bir elanda ürəyini satmaq istəyən şəxs də var idi. Gözlərini satanların sayı artıb”.
Həkim əməliyyatlarda gigiyenik qaydaların pozulduğunu da istisna etməyib.
“Əməliyyatların səhiyyə və gigiyenik qaydalara uyğun olduğunu da demək çətindir. Bu orqanları İrandakı pullu adamlar alır. Hətta məndə olan gizli məlumatlara görə, xaricə - daha çox Skandinaviya ölkələrinə göndərilir. Qiymətlər isə yaşlı və cavan insanlara görə dəyişir”.
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü