İranın Ermənistandakı səfirliyi İrəvanın tarixi Göy məscidində Təbriz İslam İncəsənət Universitetinin tələbələri və Şərqi Azərbaycan əyalətinin sənətçilərinin əl işlərindən ibarət sərgi açıb.
Kult.az xəbər verir ki, bu barədə İranda yaşayan ermənilərin media orqanı "Alik" məlumat yayıb.
Məlumata görə, İranın İrəvandakı səfiri Abbas Bədəxşan sərginin açılışında çıxış edib.
O, İran-Ermənistan arasında hərtərəfli münasibətlərin inkişafı fonunda mədəni əlaqələrin xüsusi əhəmiyyət daşıdığını, sərginin bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Səfirdən sonra çıxış edən İranın İrəvandakı Mədəniyyət Mərkəzinin başçısı Məhəmmədəli Kiyani yaxın günlərdə erməni sənətçilərin Təbriz və Tehranda sərgilərinin keçiriləcəyi barədə məlumat verib.
Qeyd edək ki, xüsusən ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İran hökuməti Ermənistanla əlaqələrin daha da genişləndirilməsinə başlayıb. Tehran hökuməti məqsədyönlü olaraq Ermənistanla iqtisadi və mədəni əlaqələrdə xüsusilə Güney Azərbaycan əyalətləri adından istifadə etməyə çalışır. Bu məqsədlə Şərqi və Qərbi Azərbayca əyalətlərinin valiliklərinə əlavə səlahiyyətlər verilib.
- İlham Nəsirov vəzifəsindən azad olundu - Foto
- “Azercell” 3 mükafat qazandı
- 25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video
- Güzəştli mənzillərə sahib olmaq istəyənlərə şad xəbər
- Zibil poliqonunda ölü döl tapıldı: Prokurorluq hərkətə keçdi
- “Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya
- “Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
- Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib