Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı

18:39 - 18 Avqust 2026 - GÜNDƏM

 Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə BUTA.TV-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, avqustun 12-15-də keçirilən vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

Qeyd olunub ki, vakansiya seçimində uğur qazana bilməyən və ya seçimdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsahibə mərhələsinin keçirilməsi ilə bağlı məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol