Yunanıstan rəsmilərinin Pontus iddialarını tamamilə rədd edirik. Reallıqdan və məntiqdən uzaq bu iddialar tarixi həqiqətləri təhrif etməkdən başqa bir şey deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
“100 il öncə ilə bağlı xəyallar quranlar əvvəlcə güzgüyə baxmalıdırlar. Bu baxımdan yunan siyasilər təbəəsi olduqları Osmanlı dövlətində üsyan etdiyi müddətdə Tripoliçedə və 1919-1922-ci illər arasında Anadolunu işğal etməyə cəhd edən əcdadlarının qan donduran vəhşilikləri ilə üzləşməli, həm də Anadoluda nə işlərinin olduqlarını söyləməlidirlər”, - deyə MMN-nin məlumatında deyilir.
Qeyd edək ki, yunan mənbələrinin Pontus iddialarına görə, Türkiyənin Qara dəniz bölgəsində, Şimali Anadoluda yaşamış yunanlar 1919-1923-cü ildə türklər tərəfindən məhv edilib. İddialara görə, burada yunanların sayı 360 mini ötürdü. Bu iddialar elmi olaraq təsdiqini tapmayıb.
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!