Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.
BUTA.TV xəbər verir ki, Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.
Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.
Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verəcəklər.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.
Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs yığıb.
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!