Lənkəranda ölümlə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.
BUTA.TV xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən “Hunday” markalı avtomobilin sürücüsü Əli Rufullazadə istintaqa təhvil verilib.
Qeyd edək ki, Lənkəran rayonu Sütəmurdov kəndinin ərazisində Ə.Rufullazadənin idarə etdiyi “Hunday” markalı avtomobillə N.Turabovun idarə etdiyi VAZ -2106 markalı avtomobil toqquşub. Nəticədə VAZ -2106 markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılsa da dünyasını dəyişib, sərnişin Ü.Hüseynova isə xəsarət alıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
- Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi