Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından söz açıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyini vurğulayaraq, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinin yüksək səviyyədə olduğunu qeyd ediblər.
Daha sonra müxtəlif mövzulara dair şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!