AYB üzvü, nəğməkar-şair Cəlal Qurbanov başa çatmaqda olan təhsil ilinin son günlərində maraqlı bir addım atıb. Vaxtilə Yasamal rayonundakı 21 saylı məktəbdə bir yerdə oxuduqları sinif yoldaşlarını toplayaraq, məktəb müəllimləri ilə görüş təşkil edib.
Kult.az xəbər verir ki, 36 ildən sonra ibtidai sinif müəllimələri Mehparə xanımı, 27 ildən sonra Gülnar müəlliməni görmək onları çox mütəəssir edib. Cəlal Qurbanov İnstaqram hesabında yazıb ki, müəllimlərini bağırlarına basıb, məktəbin, dəftər-kitablarının ətrini onlardan alıblar:
“Həyatda şəxsiyyət kimi özümüzü doğrultmaq üçün zirvəyə doğru bizimlə bərabər 11 illik bilik pillələrini qalxan müəllimlərimiz... Nə yaxşı ki, qələm tutmağı, nizam-intizamı, özümüzü ifadə etməyi siz bizə öyrətdiniz.
Həyat bizi böyütsə də, müəllimlərimiz qarşısında eyni şagird həyəcanı ilə dayanmışdıq. Onlar öz töhfələrini, biz isə keçmişin şirin xatirələrini görürdük.
İnşallah arzu edirəm ki, tezliklə Tamilla, Sitarə, Mələk, Sevinc, Ceyran, Zərifə, Ətrabə, Məlahət, Sədaqət və Qızılgül müəllimə kimi dəyərli müəllimlərimizi və digər sinif yoldaşlarımızı görmək də qismətimiz olar.
Bizi uşaqlığımıza qaytaran hər an üçün bu günə minnətdaram!”
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu