Qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş

01:04 - 21 May 2023 - GÜNDƏM

 Qəza törədən 21 yaşlı Əli tanınmış həkimin oğlu imiş

Lənkəran rayonunun Sütəmurdov kəndində baş vermiş qəzanı törədən şəxsin kimliyi məlum olub.

BUTA.TV Cənublu.az-a istinadən xəbər verir ki, qəzanı törədən 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur.

Onun bir neçə ay öncə VAZ-2107 avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

Qeyd edək ki, Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin VAZ-2106 avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub.

Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, hadisə ilə bağlı ilkin yayılan məlumatda “Hunday” markalı avtomobilin sürücüsü Əli Rufullazadənin hadisə yerindən qaçdığı bildirilib.

Zaman-zaman Əlinin anası Mehparə Rufullayeva mediada qadınların doğuş zamanı ölməsi ilə bağlı gündəmə gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol