BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları bugünkü dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır.
BUTA.TV xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
"Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir", - Quterreş bildirib.
BMT-nin baş katibinin sözlərinə görə, COVİD-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar qarşısında qlobal maliyyə sistemi qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib.
Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı