Əgər Araik Arutyunyanla razılaşsaydım, çoxdan “hakimiyyət” sıralarında özümə yer etmişdim.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “qondarma rejimin təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.
Arutyunyanın adamı olmadığını iddia edən Babayan, əksinə separatçıların liderinin Bakıya xidmət etdiyini bildirib:
“Araik Arutyunyan Azərbaycanın bütün tələblərini icra edir. O, ordunu buraxıb, yerdə qalan hissəni isə silahsızlaşdırır. Zamanı gələndə isə deyəcək ki, “Azərbaycanın təzyiqinə müqavimətə güc yoxdur, ruslar da kömək etmir, bizim birgə yaşayıb, tabe olmaqdan başqa yolumuz qalmır”, – o bildirib.
Qeyd edək ki, Babayan bundan öncə Xankəndidə etiraz aksiyalarına başlayıb. O, özünə dövlət naziri postunun verilməsini, Arutyunyanın istefasını tələb edir.
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu