Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
BUTA.TV-ın məlumatına görə, turun açılış matçı Qəbələdə oynanılıb.
Stadionu təmirdə olan “Kəpəz” bu şəhərdə “Neftçi” ilə qarşılaşıb.
Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı “Kəpəz” açıb. Abdullah Şuaybu 45+3-cü dəqiqədə fərqlənib. “Neftçi” 65-ci dəqiqədə Ata Caber, 89-cu dəqiqədə Ömər Buludov, 90+4-cü dəqiqədə isə Kilan Lebonun qolları ilə qələbəni təmin edib.
Qeyd edək ki, bir neçə tur öncədən bürünc medalları təmin edən “Neftçi” xallarının sayını 65-ə yüksəldib. “Kəpəz” isə 30 xalla 7-cidir.
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı