Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin planına uyğun olaraq gəmilər həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılaraq Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
HDQ bölmələri dənizdə terror-diversiya qruplarının məhv edilməsi və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə tapşırıqları icra ediblər.
Müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı dəniz komandoları ilə birgə fəaliyyətlərin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə HDQ şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı