Tanınmış hərbi jurnalist və fotoqraf Riçards Lapaitis mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya səfəri haqda yazıb.
BUTA.TV litvalı jurnalistin Feysbuk hesabındakı paylaşımı təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsun Qədim şəhəri ilə tanış olublar. Əlbəttə, belə unikal səfər məni sevindirir. Onu da əlavə edim ki, bu səfər təkcə Bakıdan yox, ilk növbədə işğal üzərindəki qələbənin simvolu olan Qarabağın paytaxtı Şuşadan gəlir! Öyrənməli və qürur duymalı bir şey Azərbaycanın şübhəsiz ki, Cənubi Qafqazın lideri olmasıdır. Belə qonaqlar qədim Vilnüsümüzü bəzəyir! Dövlətlərarası münasibətlərimiz üçün bu, önəmlidir. Çünki iqtisadi, mədəni, nəqliyyat, təhsil sahəsində əməkdaşlıq üçün böyük və yeni yollar açılır. Qonaqpərvər, gözəl və çoxmillətli ölkə olan Azərbaycan Litvanın üzünə Şərqin qapılarını da açır! Əsl dostlarının kim olduğunu başa düşməyin vaxtıdır!”
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı