Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərindən olan Unur Hidayətinin məktəbəqədər təhsilin bağlanış mərasimindəki çıxışı rezonans yaradıb.
Kult.az xəbər verir kii, bu barədə Güney Azərbaycan sosial media kanallarında paylaşım edilib.
6 yaşlı Unurun "Bir kərə qalxan bayraq, bir daha enməz" mahnısını ifa etməsi mərasimə toplaşan şagirdlər və valideynlər tərəfindən coşqu ilə qarşılanıb. Uşağın Azərbaycan dilində milli vətənpərvərlik ruhunda oxuduğu şeiri Güney Azərbaycan sosial media şəbəkələrində trendə çevrilib.
Qeyd edək ki, Unur adının türkcə olduğuna görə, İran Qeydiyyat İdarəsi ona 4 il şəxsiyyət vəsiqəsi verməyib. Dəfələrlə məhkəmələrə müraciət edən ailə 4 il sürən mübarizədən sonra övladlarına Unur adı ilə şəxsiyyət vəsiqəsi ala biliblər.
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!