Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana qədər heç bir Ukrayna mövcud olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinlə görüşündə deyib.
Belə ki, Konstitusiya Məhkəməsinin rəhbəri Rusiya liderinə XVII əsrin ortalarında Fransa kralı XIV Lüdovikin dövründə tərtib edilmiş xəritənin surətini göstərib. O, üzərində Ukraynanın qeyd olunmamasına diqqət çəkib.
"Niyə gətirmişəm? Orada Ukrayna yoxdur", - deyə Zorkin bildirib.
Putin də öz növbəsində müasir Ukrayna ərazisinin vaxtilə Reç Pospolitanın bir hissəsi olduğunu, sonra isə Moskva krallığına birləşdiyini xatırladıb.
Oktyabr inqilabından sonra hər cür kvazi-dövlət birləşmələri formalaşmağa başladı və Sovet hökuməti Sovet Ukraynasını yaratdı. Bu, hamıya məlumdur. Ondan əvvəl bəşəriyyət tarixində Ukrayna olmayıb", - Putin bildirib.
- Sevgilisinə görə 6 uşağını atdı - Verilişdə gərgin anlar
- Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...
- Lavrov Kim Çen İndən üzr istədi
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...