Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiymətinə az təsir edib.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, yalnız bir neçə materialın qiymətində cüzi artım var:
“Əsasən dəmir və armaturların qiymətində 20%-ə qədər bahalaşma var. Sement məhsullarında qiymət bir qədər artıb. Belə ki, əvvəl bir kisə sement 6,50 manat idisə, hazırda qiymətlər 7-8 manat arasında dəyişir. Çınqıl və qumun qiymətində də artım var. Bir kisədə 80 qəpik bahalaşma müşahidə olunur”.
Ekspert bildirib ki, taxtanın qiyməti isə bir neçə aydır bir kuba görə 350-380, bitium isə 22 manatdır.
“Kərpic və mişar daşının qiymətində heç bir dəyişiklik yoxdur. Bu materialların qiymətinin artması əsasən daşımalarda tətbiq edilən qadağalara görədir. Belə ki, əvvəllər yük daşıyan maşınlar bir qədər artıq götürüb ucuz satırdılar. İndi isə mümkün deyil. Ölkəmizə əsasən tikinti materialları Rusiya və Türkiyədən idxal olunur. Son dövrlər bir neçə ölkənin Rusiyaya qoyduğu sanksiyalardan dolayı ölkəmizə tikinti materiallarının idxalı artıb”,- deyə o qeyd edib.
- Sevgilisinə görə 6 uşağını atdı - Verilişdə gərgin anlar
- Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...
- Lavrov Kim Çen İndən üzr istədi
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...