Türkiyənin nizami ordusu var. “Cənub ordusu” hardan çıxdı? Kim edəcək bunu? Konstitusiya çərçivəsində xidmət edən silahlı qüvvələrimiz, Baş Qərargah rəisi, Quru Qoşunları komandanı var. Onlar bilmirlər?!
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar İYİ Partiyasının rəhbəri Maral Akşənərin “cənub ordusu” ilə bağlı sözlərinə cavabında deyib.
O, partiya sədrinin bu yöndə fikirlərini komediya adlandırıb.
H.Akar Türkiyə ordusunda bütün qərarların ümumi müzakirələrdən sonra verildiyini söyləyib.
Qeyd edək ki, İYİ Partiyasının rəhbəri Maral Akşənər hakimiyyətə gələcəkləri təqdirdə Türkiyənin terrorla mübarizə aparması üçün “cənub ordusu” yaradacaqlarını açıqlamışdı.
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!