Ölüm hökmünün qaytarılması üçün mübarizə aparacağam.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Mən Avropada və bütün dünyada ölüm hökmünün qaytarılması üçün siyasi mübarizə aparacağam, çünki Belqrad, Malo Oraşe və Dubonada baş verənlərə görə başqa cəza yoxdur. Siz 13 və ya 14 yaşındakı cəlladı öldürə bilməzsiniz. Amma bu işdə əli olan hər kəs ən ağır cəzanı çəkməlidir. Nə qədər ki, mən prezidentəm, bütün səlahiyyətimlə, var gücümlə mübarizə aparacağam ki, onlar ən yüksək cəzanı alsınlar və bir vətəndaş kimi mən bu barədə hər yerdə danışacağam”, - Vuçiç bildirib.
Xatırladaq ki, mayın 3-də paytaxt Belqraddakı Vladislav Ribnikar adına orta məktəbdə 14 yaşlı şagirdin silahlı hücumu nəticəsində 9 nəfər həlak olub.
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!