İranın nüvə obyektlərinə hücum böyük bir müharibə demək olacaq və bunun üçün İsrail məsuliyyət daşıyacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı yüksək rütbəli iranlı mənbəyə istinadla məlumat yayıb.
“İsrailin İranı nüvə obyektlərinə hücumla hədələməsi rəsmi terrordur və beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermir. İran müharibəyə can atmır, lakin dünya anlamalıdır ki, İsrailə cavab vermək üçün Tehranın “qırmızı xətləri” yoxdur”, - mənbə vurğulayıb.
Qeyd edək ki, bu açıqlama İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevinin İranın uranı rekord sürətlə zənginləşdirməsi ilə bağlı verdiyi açıqlamadan sonra verilib. Qərargah rəisi qeyd edib ki, bu, İsrailin cavabına səbəb ola bilər.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı