Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.
Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır