Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması üçün tədqiqat işləri həyata keçiriləcək.
BUTA.TV xəbər verri ki, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır:
"Bildiyiniz kimi 4 minə yaxın itkin düşən şəxs var və 15 min insandan müvafiq analizlər götürülüb. Həmin analizlərə əsasən aşkarlanan sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar ərazidə mina təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində axtarışlar aparılacaq".
- Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...
- Lavrov Kim Çen İndən üzr istədi
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev