Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan və sui-qəsdə məruz qalan güneyli siyasi-milli fəal Əhməd Obalının müalicə olunduğu xəstəxanada mühafizəsi gücləndirilib.
Bu barədə BUTA.TV-a Günaz TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı məlumat verib.
O bildirib ki, Əhməd Obalı üçün həm xəstəxana xarici, həm də xəstəxana daxilində polis mühafizəsi gücləndirilib, tibb müəssisəsi ciddi nəzarətə götürülüb.
Araz Obalı, həmçinin, Günaz TV rəhbəri və oğlunun hazırkı durumundan da söz açıb:
“Əməliyyat olunduqdan sonra Əhməd Obalı və oğlu Dəniz Obalının durumu stabilləşib, hər ikisinin səhhəti yaxşılığa doğru gedir və həyati risk yoxdur. Ancaq Əhməd Obalının aldığı zərbələr nəticəsində ağ ciyərində nasazlıq yaranıb, tənəffüs problemi yaşayır. Xüsusi tənəffüs cihazı, şlanqı olmadan nəfəs almaqda çətinlik çəkir”.
Qeyd edək ki, Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalı və oğlu mayın 21-də səhər saatlarında Kaliforniya ştatında hələlik kimliyi açıqlanmayan şəxslər tərəfindən hücuma məruz qalaraq, vəhşicəsinə döyülüb.
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı