5 mart 2023-cü il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına 5144 şagird 18036 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
Dövlət İmtahan Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. Bundan əlavə, Apellyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının "E" bəndi "0.33" ballıq qrupdan "0.67" ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.
Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.
Qeyd edək ki, imtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.
- Lavrov Kim Çen İndən üzr istədi
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım